
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ilin sonunda Ağ Evə səfər edəcəyini gözlədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına verdiyi müsahibədə qeyd edib.
“Mən aprel ayında orada (Çində) olacağam, sonra isə o (Si Cinpin) ilin sonuna qədər Ağ Evə gələcək”, - Tramp bildirib.
Ağ Ev rəhbəri həmçinin, Çin lideri ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib.
“Əsas məsələ odur ki, mənim onunla, onun da mənimlə yaxşı münasibətləri var”, - Tramp əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz