
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb:
“Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər”.




Tətbiqimizi yükləyə bilərsiniz