Ronaldo “Əl-Nəsr”lə müqaviləsini ləğv etməyi düşünür − KİV


“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubdakı mövcud vəziyyətdən narazıdır və müqaviləsini ləğv etməyi düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Touchline” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Mənbənin məlumatına görə, Ronaldo “Əl-Nəsr”dəki təsirinin azaldığına və fikirlərinin artıq əsas qərarlarda əhəmiyyət kəsb etmədiyinə inanır.
Əvvəllər Kriştianonun Səudiyyə Ərəbistanı klubunda narazı olduğu bildirilirdi. Ronaldo 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top