
“Cümə günü, fevralın 6-sı keçirilməsi planlaşdırılan İran-ABŞ nüvə danışıqları baş tutmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Mənbənin məlumatına görə, Omanda keçirilməsi planlaşdırılan görüş İranın qeyri-nüvə məsələləri üzrə danışıqlardan imtina etməsi səbəbindən ləğv edilib.
Qeyd edək ki, daha öncə İran mümkün razılaşmanın bir hissəsi olaraq sanksiyaların yüngülləşdirilməsini tələb edib. Bu arada, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi müdaxilə ehtimalını istisna etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz