Putin Sergey İvanovu vəzifəsindən azad etdi


Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı imzalayıb.
İvanov bu vəzifəni 2016-cı ilin avqustundan bəri tutur. Onun yanvarın 31-I 73 yaşı tamam olub.
Prezidentin mətbuat katibi Dmitri Peskovun TASS-a verdiyi məlumata görə, İvanov istefa vermək istəyini bildirib və “və buna görə də fərman imzalanıb”.
Qeyd edək ki, Sergey İvanov 2001-2007-ci illərdə Rusiyanın müdafiə naziri, daha sonra isə 2011-ci ilə qədər Baş nazirin birinci müavini vəzifəsində çalışıb. 2011-2016-cı illərdə Prezident Administrasiyasının Aparat rəhbəri vəzifəsində çalışıb. İvanov hazırda Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür.
2008-ci il prezident seçkilərindən əvvəl Sergey İvanov Dmitri Medvedevlə birlikdə Vladimir Putinin ehtimal olunan varisi hesab olunurdu. Lakin “Vahid Rusiya” partiyası sonda Medvedevi öz namizədi kimi irəli sürüb.
 

DİGƏR XƏBƏRLƏR

Top