ABŞ Nigeriyaya hərbi kontingent göndərdi


Bir qrup Amerika qoşunu Nigeriyaya yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” bu barədə ABŞ Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Daqvin Andersona istinadən məlumat yayıb.
Yüksək vəzifəli hərbi rəsminin sözlərinə görə, kiçik bir Amerika qoşun kontingentinin yerləşdirilməsi ABŞ və Nigeriya Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizəni gücləndirmək və bu sahədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldikdən sonra mümkün olub.
Anderson qeyd edib ki, Nigeriyaya gələn qoşunlar terrorizmlə mübarizə aparmaq üçün bir sıra unikal imkanlara malikdir.
Nigeriyanın müdafiə naziri Kristofer Musa ölkədə Amerika qoşunlarının mövcudluğunu təsdiqləyib, lakin əlavə məlumat verməyib.
26 dekabr 2025-ci ildə ABŞ Nigeriyadakı İŞİD mövqelərinə hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Milad gecəsi şimal-qərbi Afrika ölkəsində terrorçu mövqelərinə edilən hava hücumunun ABŞ üçün “hədiyyə” olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top