Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi


Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb. 
Bildirilib ki, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.
Mehriban Ələkbərzadə məlumatı təsdiqləyib:
“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin bir neçə gün öncə keçirdiyi dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Buna görə də, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Ələkbərzadə vəzifəsini itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top