
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk insan olub.
Yeniavaz.com xəbər verir ki, “Forbes” jurnalının yaydığı məlumata görə, onun hazırkı sərvəti 852 milyard dollardır.
Bildirilir ki, “SpaceX” öz korporasiyası olan “xAI”ı əldə etdikdən sonra onun sərvəti kəskin şəkildə artıb. Birləşdirilmiş şirkətin dəyəri 1,25 trilyon dollar olub və nəşrin hesablamalarına görə, bu, Maskın xalis sərvətini 84 milyard dollar artırıb.
“Forbes”ə görə, müqavilədən əvvəl Mask “SpaceX”in təxminən 42%-nə (800 milyard dollarlıq qiymətləndirmə ilə 336 milyard dollar dəyərində) və “xAI”nin 49%-nə (122 milyard dollar dəyərində) sahib idi.
Birləşmədən sonra onun birləşmiş şirkətdəki payı 43% və ya 542 milyard dollar dəyərində qiymətləndirilir və bu da “SpaceX”i onun ən dəyərli aktivinə çevirir.
Qeyd edək ki, bu, Maskın bir ildən az müddətdə ikinci şirkət birləşməsidir. 2025-ci ilin mart ayında o, “xAI” şirkətini və “X” sosial şəbəkəsini birləşdirmişdi.
Jurnalın məlumatına görə, Mask son dörd ayda dörd dəfə sərvət rekordu vurub: 2025-ci ilin oktyabrında o, 500 milyard dollarlıq həddi keçən ilk şəxs olub. 15 dekabrda onun sərvəti 600 milyard dolları, 19 dekabrda isə 700 milyard dolları keçib.
Mask hazırda dünyada ikinci yerdə olan (281 milyard dollarlıq sərvəti ilə) “Google”ın həmtəsisçisi Larri Peycdən 578 milyard dollar irəlidədir.
Tətbiqimizi yükləyə bilərsiniz