
“Transfermarkt” portalı 2026-cı ilin qış transfer pəncərəsinin ən bahalı 10 transferini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, reytinqdə birinci yeri cinah yarımmüdafiəçisi Antuan Semenyonun “Bornmut”dan “Mançester Siti”yə 72 milyon avroya transferi tutub.
İkinci ən bahalı transfer isə Yorgen Strann Larsenin “Vulverhempton”dan “Kristal Pelas”a transferi olub və müqavilənin qiyməti 49,7 milyon avro təşkil edib.
Üçüncü ən bahalı transfer isə “Vest Hem”dən Braziliyanın “Flamenqo” klubuna 42 milyon avroya keçən yarımmüdafiəçi Lukas Paketaya məxsus olub.
Ən bahalı transferlər arasında ilk beşliyi Brennan Consonun “Tottenhem Hotspur”dan “Kristal Pelas”a 40 milyon avroya, Konor Qallaxerin “Atletiko Madrid”dən “Tottenhem Hotspur”a 40 milyon avroya transferi tamamlayıb.
Ən bahalı 10 transfer siyahısında həmçinin, Ademola Lukmanın “Atalanta”dan “Atletiko”ya 35 milyon avroya, Oskar Bobbun “Mançester Siti”dən “Fulhem”ə 31,2 milyon avroya, Məhəmməd Meytenin “Renn”dən “Əl-Hilal”a 30 milyon avroya, Corc İlenixenanın “Monako”dan “Əl-İttihad”a 30 milyon avroya, Valentin Kastelyanosun “Latsio”dan “Vest Hem”ə 29 milyon avroya transferi də var.
Tətbiqimizi yükləyə bilərsiniz