İmamoğlunun qaynı saxlanıldı


İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun qardaşı Ali Kaya saxlanılıb.
Yeniavaz.com
“Haberler.com” portalına istinadla xəbər verir ki, o, İstanbul Respublika Prokurorluğu tərəfindən yüksək vəzifəli şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində həbs edilib.
Əməliyyat İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.  
Əməliyyat zamanı Dilek İmamoğlunun qardaşı da daxil olmaqla 19 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top