
Fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:
“Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir”.





Tətbiqimizi yükləyə bilərsiniz