Qalmaqallı proses “Fənərbağça”nın xeyrinə başa çatdı – Kante ilə müqavilə bağlandı


Türkiyənin “Fənərbağça” klubu “Əl-İttihad”ın mərkəz yarımmüdafiəçisi N'Qolo Kante ilə müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bəzi hekayələr var ki, vaxt tələb edir, ancaq yarımçıq qalmır. N'Qolo Kante “Fənərbağça”mıza xoş gəldin”, - deyə mətbuat xidməti sosial media hesabında bildirib.
Mətbuat xidmətinin məlumatına görə, yarımmüdafiəçi ilə Türkiyə klubu arasında müqavilə 2028-ci ilin iyun ayına qədər imzalanıb.
Qeyd edək ki, bundan əvvəl “Əl-İttihad”ın sənədləri vaxtında təqdim etməməsi ilə əlaqədar müqavilə baş tutmamış, Türkiyə klubu isə “Əl-İttihad” rəhbərliyini transferə mane olmaqda günahlandırmışdı.
Bildirilir ki, “Fənərbağça” rəhbərliyinin və Kantenin təkidinə tab gətirə bilməyən “Əl-İttihad” təcrübəli oyunçunun transferi üçün yaşıl işıq yandırıb.

DİGƏR XƏBƏRLƏR

Top