
Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.
Tətbiqimizi yükləyə bilərsiniz