ABŞ Ədliyyə Nazirliyi Epşteynlə bağlı minlərlə sənədi saytından sildi


ABŞ Ədliyyə Nazirliyi (DOJ) Ceffri Epşteynlə bağlı minlərlə sənədi veb saytından silib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, buna səbəb zərərçəkənlərdən bəzilərinin şəxsiyyətlərinin üzə çıxması olub.
“Vəkillər cümə günü açıqlanan sənədlərdəki qüsurlu redaktələr nəticəsində hazırda sağ olan təxminən 100 zərərçəkənin şəxsiyyətinin ortaya çıxdığını və onların həyatının alt-üst olduğunu bildiriblər”, - məşr yazır.
DOJ bütün qeyd olunmuş faylları sildiyini açıqlayıb. Bildirilib ki, problem texniki xətalardan, həmçinin bəzi şəxslərin məsuliyyətsizliyindən yaranıb.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top