Qəddafinin oğlu Liviyanın qərbində öldürüldü − KİV


“Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbindəki Zintan şəhərində öldürülüb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Liviya əl-Əhrar” televiziya kanalı məlumat yayıb.
Əl-İslama yaxın mənbələrin məlumatına görə, ona naməlum yaraqlılar hücum edib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ildə əl-İslam həmin il keçirilməsi planlaşdırılan, lakin hələ baş tutmayan ümumi seçkilərdə Liviya prezidentliyinə namizədliyini irəli sürmək planlarını açıqlayıb. 2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və ölkədəki BMT dəstək missiyasının rəhbəri Əbdülayi Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top