
Ukraynanın raket zərbəsindən sonra Belqorod və ətraf ərazilərdə elektrik kəsilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat yayıb.
Qladkov Ukrayna Silahlı Qüvvələrinin zərbəsinin infrastruktur obyektinə ciddi ziyan vurduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.
KİV-in məlumatına görə, iki elektrik yarımstansiyası - “Frunzenskaya” və “Belqorod” zərbə alıb.
Regional Vodokanalın verdiyi məlumata görə, raket zərbəsindən sonra su girişlərində elektrik kəsilib.
Qeyd edilib ki, zərbədən sonra Belqoroddakı yaşayış binalarındakı radiatorlar soyumağa başlayıb (hazırda Belqorodda temperatur -20 dərəcə civarındadır). Yerli sakinlər su təchizatında və internet xidmətində fasilələr olduğunu bildirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz