“Three Dog Night” qrupunun qurucusu vəfat etdi


Əfsanəvi Amerika qrupu “Three Dog Night”ın qurucu üzvlərindən biri olan Çak Neqron 83 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Mənbəyə görə, sənətçi fevralın 2-si Kaliforniyadakı evində ailəsinin əhatəsində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb. Neqron son aylarda ürək problemləri yaşayırdı. O, əvvəllər xroniki obstruktiv ağciyər xəstəliyindən də əziyyət çəkirdi. Bu vəziyyətə görə musiqiçi səhnədə çıxış etmək üçün gitara kabeli kimi gizlədilmiş xüsusi oksigen sistemindən istifadə edib.
“Three Dog Night” “Joy to the World” (“Jeremia Was a Bullfrog”), “One” (“Is the Loneliest Number”), “Old Fashioned Love Song” və “Easy to Be Hard” hitləri ilə tanınır. “Dunhill Records”ə görə, qrup 1970-1975-ci illər arasında dünyada 40 milyondan çox albom satıb.

DİGƏR XƏBƏRLƏR

Top