
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat yayıb.
Mərasimdə İsrail Baş naziri Benyamin Netanyahu iştirak edib. Sənədi Milli Süni İntellekt Qərargahının rəhbəri Erez Askel və Azərbaycanın rəqəmsal texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Tərəflər yüksək məhsuldarlıqlı hesablama infrastrukturu, vacib mülki sektorlarda süni intellektin tətbiqi, mütəxəssis təlimi və birgə tədqiqatlar sahəsində tərəfdaşlıqlarını dərinləşdirməyi planlaşdırırlar.
Netanyahu qeyd edib ki, süni intellektin müasir dövrün bir vasitəsidir və Azərbaycanla əməkdaşlıq ölkənin bu sahədə liderliyini gücləndirməyə kömək edəcək. İsrail Baş naziri həmçinin ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və İsrailə səfərini səbirsizliklə gözlədiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz