
“Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask Amerikada ikinci vətəndaş müharibəsinin artıq başladığına inanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabında yazıb.
Mask, İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) qarşı etirazlar səbəbindən amerikalıları “Vətəndaş Müharibəsi 2.0”-ın başlamasını etiraf etməyə çağıran “ZeroHedge” istifadəçisinin paylaşımına şərh yazıb.
“Düşünürəm ki, belədir”, - sahibkar yazıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ABŞ-nin müxtəlif şəhərlərində immiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) hərəkətlərinə qarşı kütləvi etirazlar başlayıb.
Xatırladaq ki, yanvarın 24-ü ABŞ immiqrasiya zabiti qanunsuz immiqrantların axtarışı əməliyyatının davam etdiyi Minneapolisdə etirazlar zamanı bir kişini güllələyib. Bu, ilk belə hadisə deyil: bir neçə həftə əvvəl zabitlər 37 yaşlı bir qadını da güllələmişdilər. İndi şəhərdəki etirazlar yenilənmiş güclə alovlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz