Azərbaycanda 67, Gürcüstanda 323, Ermənistanda 366 dollar... – Adambaşına bank mənfəəti

vaxtı ilə “gilan holdinq”ə məxsus olan bank mənfəətini 2 dəfə artırıb
Mərkəzi Bankın hesabatına əsasən, Rusiya bank sektoru 2025-ci ildə 3,5 trilyon rubl (45,5 milyard dollar) xalis mənfəət əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır. Belə ki, 2024-cü ildə sektorun xalis mənfəəti 3,8 trilyon rubl (49,4 milyard dollar) təşkil edib.
Qeyd edək ki, ötən ilin rəsmi məlumatlarına görə, Rusiya əhalisinin sayı 146 milyon nəfər olub. Bu isə o deməkdir ki, Rusiyada adambaşına düşən bank mənfəəti 312 dollar təşkil edib.
Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 22 bankın 2025-ci il üzrə xalis mənfəəti 1 milyard 161,6 milyon manat (683,4 milyon dollar), Ermənistanda fəaliyyət göstərən 17 bankın 2025-ci il üzrə xalis mənfəəti 421 milyard dram (1 milyard 126,2 milyon dollar), Gürcüstanda fəaliyyət göstərən 19 bankın 2025-ci il üzrə xalis mənfəəti isə 3,3 milyard lari (1 milyard 262 milyon dollar) olub.
Bu ölkələrin əhalisini də nəzərə aldıqda, Azərbaycanda adambaşına düşən bank mənfəəti 67 dollar, Ermənistanda 366 dollar, Gürcüstanda isə 323 dollar təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top