
“Tesla” şirkəti ABŞ-də məşhur “Model Y”nin yeni tam ötürücülü versiyasının satışına başlayıb.
Yeniavaz.com xəbər verir ki, yeni modelin qiyməti 41 min 990 dollar təşkil edir.
Ötən ilin oktyabr ayında şirkət “Model Y” və “Model 3” sedanlarının standart (“Standard”) arxa təkərli versiyalarını təqdim edib.
Onlar əvvəlki arxa təkərli modellərdən (indi “Premium” adlanır) 5 000-5 500 dollar daha ucuzdur.
SUV-un standart versiyası 39 min 990 dollar, premium versiyası isə 44 min 990 dollardır.
Genişləndirilmiş diapazonlu tam ötürücülü “Model Y” də premium olub. Hazırda onun qiyməti 48 min 990 dollardır. 100 km sürəti daha sürətlə yığan və daha yüksək maksimal sürətə malik olan performans (“Performance”) versiyası isə 57 min 490 dollara satılır.
Qeyd edək ki, yanvarın sonlarında “Tesla” şirkətinin baş direktoru İlon Mask şirkətin ötən yay yenilədiyi yüksək səviyyəli “Model X” krossoveri və “Model S” sedanının istehsalından imtina edəcəyini və bütün modifikasiyaların qiymətlərini qaldıracağını açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz