
Respublika hərbi prokuroruna yeni müavin təyin edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb və sözügedən vəzifəyə ədliyyə polkovniki Elmir Süleymanlı təsdiqlənib.
Qeyd edək ki, bu vəzifəni əvvəl Şəfahət İmranov tutub. O, ötən gün Abşerona prokuror göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz