
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yarımmüdafiəçisi N'Qolo Kantenin “Fənərbağça”ya keçidi baş tutmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romanı məlumat yayıb.
Bildirilib ki, buna səbəb, klubların lazımi sənədləri vaxtında təhvil verməmələri olub.
O qeyd edib ki, həmçinin “Fənərbağça”da çıxış edən mərakeşli hücumçu Yusif En-Nesirinin də “Əl-İttihad”a keçiri eyni səbəbdən baş tutmayıb.
“FIFA hər iki klubun müraciətini rədd edib. Çünki transferlər şifahi razılaşdırılsa da, sənədlərdə problem yaranıb”.
Qeyd edək ki, “Əl-İttihad” Kante və bir miqdar ödəniş qarşılığında Nesirini heyətinə qatmağı planlaşdırırdı. Razılaşmada Kantenin dəyəri 4 milyon avro olaraq qiymətləndirilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz