Tramp Harvarddan 1 milyard dollar təzminat istəyir


ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının Harvard Universitetindən 1 milyard dollar təzminat tələb etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında qeyd edib.
“Hazırda 1 milyard dollar təzminat tələb edirik və Harvard Universiteti ilə gələcəkdə heç bir əməkdaşlıq qurmaq istəmirik”, - Amerika Prezidenti bildirib.
Tramp universiteti “dərin antisemist” adlandırıb və əlavə edib ki, o, qanunun kobud şəkildə pozulmasına yol verib.
Belə ki, keçən il Vaşinqton administrasiyası yəhudi tələbələri antisemitizmdən qorumaq zərurətini əsas gətirərək məktəbin siyasətində dəyişikliklər etməsini tələb edib.
Həmçinin, universitetə ​​qarşı bir sıra digər tədbirlər də görülüb.
Tramp, xüsusən də, onu siyasi təşkilat kimi təsnif etməyi və vergidən azad statusunu ləğv etməyi təklif edib.
ABŞ Təhsil Nazirliyi isə universitetə ​​verilən 2,2 milyard dollarlıq qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.

DİGƏR XƏBƏRLƏR

Top