Azərbaycanda insanlar ən çox nələrdən şikayət edirlər? – Siyahı


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin oktyabr, noyabr və dekabr aylarında ümumilikdə 4 652 müraciət daxil olub.
Yeniavaz.com
xəbər verir ki, müraciətlərin sayı dekabr ayında pik həddə çatıb. Belə ki, oktyabrda 1408, noyabrda 1353, dekabrda isə 1891 zəng qeydə alınıb.
Müraciətlərin məzmunu göstərir ki, vətəndaşları ən çox sosial rifah, gündəlik yaşam və dövlət qurumlarının fəaliyyəti ilə bağlı problemlər narahat edir. Xüsusilə kommunal xidmətlər, ünvanlı dövlət sosial yardımı, tibbi müayinə və müalicə məsələləri ön plana çıxır.
Zənglərin əhəmiyyətli hissəsi aztəminatlı ailələr, istehlakçılar, əlilliyi olan şəxslər, işaxtaranlar və məhkumlarla bağlı olub.
Eyni zamanda, müraciətlərdə dövlət qurumlarının fəaliyyəti ilə bağlı şikayətlər də üstünlük təşkil edir. Ən çox  şikayət edilən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumları, Ədliyyə orqanları, Daxili İşlər orqanları və TƏBİB yer alır.
“916” Çağrı Mərkəzinə 2025-ci ilin oktyabr, noyabr və dekabr aylarında daxil olan zənglərin ehtimal olunan hüquq pozuntuları və məzmun üzrə statistikası aşağıdakı kimi olub:
Kommunal problemlər – 362;
Ünvanlı dövlət sosial yardımı – 359;
Müayinə və müalicə – 256;
Dövlət Yol Polisinin fəaliyyəti – 215;
Əmək mübahisəsi – 206;
Əlilliyin müəyyən edilməsi – 198;
Aliment məsələləri – 197;
Təhsil məsələləri – 185;
Ehtimal olunan qeyri-obyektiv təhqiqat / istintaq – 183;
Məşğulluq – 172;
Müraciətin qeydə alınmaması – 161;
Məhkəmə qərarının icra olunmaması – 158;
Qanunsuz saxlama ehtimalı – 156;
Maddi yardım – 135;
Başçəkmə – 121;
Bələdiyyələrin fəaliyyəti – 95;
Bank-kredit məsələləri – 92;
Qəbulla bağlı məlumat – 89;
Məhkəmə araşdırması – 87;
Pis rəftar ehtimalı – 83;
Əmlak məsələləri – 78;
Kompensasiya – 76;
Müəssisələrdə görüş hüququ – 75;
Pensiya məsələləri – 67;
Müavinət – 66;
Saxlanma şəraiti – 64;
Evlərin qanunsuz sökülməsi – 62;
Amnistiya – 58;
Ayrı-seçkilik ehtimalı – 58;
Korrupsiya – 53;
Şəxsiyyət vəsiqəsi, qeydiyyat, pasport – 53;
Veteranlıq – 50;
Mənzil məsələləri – 49;
Digər – 48;
Sığorta – 42;
Məişət zorakılığı – 39;
Aqrar məsələlər – 31;
Qəzalı vəziyyətdə ev və ya mənzil – 31;
Təşəkkür – 30;
Əfv məsələləri – 21;
Qəyyumluq, himayə məsələləri – 16;
Məhkəmədə süründürməçilik – 16;
Uşaq zorakılığı – 13;
Təhlükəsizliyin təmin edilməsi – 12;
Gömrük məsələləri – 9;
Məhkəmə qərarının verilməməsi – 8;
Təbii fəlakət nəticəsində dəymiş ziyanla bağlı – 8;
Miqrasiya məsələləri – 5;
Cinsi zorakılıq – 4.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top