
Çinin “Unitree G1” insanabənzər robotu rekord dərəcədə soyuq temperaturda sınaqları uğurla başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Cnevpost.com” portalı məlumat yayıb.
Sınaqlar Çinin Sincan əyalətinin dağlıq ərazilərində -47,5°C-yə qədər temperaturda aparılıb.
Təcrübə zamanı insanabənzər robot qarlı ərazidə təxminən 130 000 addım (təxminən 100 km) qət edib.
Portalın məlumatına görə, bu robotlar əvvəllər heç vaxt bu qədər aşağı temperaturda sınaqdan keçirilməyib.
Jurnalistlərin yazdığına görə, tərtibatçılar robotun ekstremal şəraitdə dəqiq işləmə müddəti ilə bağlı məlumat verməyiblər.
Lakin normal temperatur şəraitində bu modelin standart batareyası təxminən iki saat fasiləsiz işləməyə imkan verir.
Həmçinin bildirilir ki, “Unitree” tərtibatçıları qış sınaqları üçün mümkün batareya dəyişiklikləri barədə məlumat verməyiblər.
Qeyd edək ki, bundan əvvəl, 35 kq çəkisi olan “Unitree G1” robotu avtomobil dartma qabiliyyətini nümayiş etdirmişdi.
Sınaq zamanı o, təxminən 1,4 ton çəkisi olan avtomobili qısa məsafəyə dartmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz