
İranın paytaxtı Tehranda bazarda böyük yanğın baş verıb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir bu barədə Tehran Yanğından Mühafizə İdarəsinin rəsmi nümayəndəsi Seyid Cəlal Məliki bildirib.
Onun sözlərinə görə, yanğın Niyayş-Cənnətabad qovşağında yerləşən yerli bazarda qeydə alınıb.
Yanğından Mühafizə İdarəsinin rəsmi nümayəndəsi bildirib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
“Yanğınsöndürənlər hazırda yanğını söndürürlər. Hadisədə mümkün itkilərlə bağlı məlumat yoxdur”, - Seyid Cəlal Məliki bildirib.
Tehranın təcili yardım xidmətlərinin rəsmi nümayəndəsi Şervin Təbrizi də hadisə yerinə dörd təcili yardım maşını və bir təcili yardım avtobusunun göndərildiyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz