
Ötən il xarici ölkələrə 2 milyon 109 min 869 Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının 60,7%-i və ya 1 milyon 280 min 787 nəfəri turizm məqsədi ilə ölkədən kənara çıxıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları ən çox Türkiyəyə (870 122 nəfər), Rusiyaya (306 630 nəfər), Gürcüstana (226 092 nəfər), İrana (205 700 nəfər) və Birləşmiş Ərəb Əmirliklərinə (114 555 nəfər) səfər ediblər.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan Milli Turizm Administrasiyası məlumat açıqlayaraq 2025-ci ildə Azərbaycandan bu ölkəyə 292 min nəfərin səfər etdiyini bildirib. Məlumatda bildirilib ki, 2024-cü ildə Gürcüstana 219 min 356 Azərbaycan vətəndaşı səfər edib, 2025-ci ildə isə bu rəqəm 33,2% artaraq 292 min 149 nəfərə çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz