Qvardiolanın postuna əsas namizədlər açıqlandı


Pep Qvardiola “Mançester Siti”nin baş məşqçisi postundan istefa verəcəyi təqdirdə onun yerinə əsas namizədlər açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti mənbəyə istinadla məlumat yayıb.   
Mənbənin məluatına görə, bu posta əsas namizədlər “Real Madrid”in keçmiş baş məşqçisi Xabi Alonso, “Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska və “Komo”nun baş məşqçisi Sesk Fabreqasdır.
Qeyd edək ki, bundan əvvəl Qvardiolanın cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı bildirilirdi.
Xatırladaq ki, Qvardiola 2016-cı ilin yayından bəri “Mançester Siti”nin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə Premyer Liqasını, iki dəfə İngiltərə Kubokunu və dörd dəfə Liqa Kubokunu qazanıb. 2023-cü ildə “Mançester Siti” Çempionlar Liqasının qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top