Norveçdə vəliəhd şahzadənin oğlu həbs edildi


Norveçin vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Heybi həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dagbladet” qəzeti məlumat yayıb.
Məlumata görə, Heybinin məhkəməsinin 3 fevralda keçirilməsi gözlənilir.
O, bədən xəsarəti yetirmə və bıçaqla hədələmə də daxil olmaqla 38 maddə üzrə ittiham olunur. İttihamlar arasında qətllə hədələmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi də var.
Polis yeni cinayətlərin törədilməsi riskini əsas gətirərək, onun dörd həftə müddətinə həbsdə saxlanılmasını tələb edir.
Əgər Heybi təqsirli bilinərsə, onu 16 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top