Göyçayda yaşayış binasında yanğın olub – Video


Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5kv.m. sahədə süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən 2 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top