BƏƏ-li qadın Epşteynə Kəbə örtüyünü göndəribmiş


ABŞ-də açıqlanan “Epşteyn faylları”nda Məkkədə yerləşən müqəddəs Kəbənin örtüyünün (“Kisvə”) amerikalı maliyyəçi Ceffri Epşteynə göndərilməsi ilə bağlı yazışmalar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Middle East Eye” məlumat yayıb.
2017-ci ilin fevral-mart ayları arasında baş tutan yazışmalarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan iş adamı Əzizə əl-Əhmədinin Abdullah Əl-Maari adlı bir kişi ilə əməkdaşlıq edərək kisvənin üç parçasının göndərilməsini təşkil etdiyi göstərilir.
Məktublarda kisvənin Səudiyyə Ərəbistanından Floridaya hava yolu ilə göndərildiyi göstərilir. Mesajlarda üç ayrı parça təsvir olunur: biri Kəbənin içərisindən, digəri xarici örtükdən, üçüncüsü isə eyni materiallardan hazırlanmış, lakin istifadə olunmamış vəziyyətdədir. İstifadə olunmamış parça sənədlərdə “sənət əsəri” kimi təsnif edilib. Bağlama Epşteynin uşaq təcavüzünə görə həbsxanada cəza çəkdikdən sonra 2017-ci ilin mart ayında onun evinə çatıb.
Məktubların birində Əl-Əhmədi parçanın dini əhəmiyyətini vurğulayaraq birbaşa Epsteynə müraciət edib:
“Qara parçaya (kisvə) müxtəlif konfessiyalardan olan ən azı 10 milyon müsəlman - sünni, şiə və digərləri toxunub”.
Yazışmalarda Əl-Əhmədinin Epsteynlə necə tanış olduğu və parçaların niyə xüsusi olaraq ona göndərildiyi izah edilmir. Məktublarda həmçinin Əl-Əhmədinin Epsteynin adasına baş çəkib-çəkmədiyi və orada baş verənlərin tam əhatə dairəsini başa düşüb-düşmədiyi də göstərilmir.
Qeyd edək ki, kisvənin dünya müsəlmanları üçün dərin dini əhəmiyyəti var. Hər il parça çıxarılır və Kəbə yeni bir parça ilə örtülür. Əvvəlki kisvənin parçaları əvəzsiz əsərlər hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top