
Türkiyəli sosial media fenomeni, vizajist və müğənni Kərimcan Durmazın məhkəməsində hökm oxunub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Durmazı 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Kərimcan 2025-ci ilin yanvarın 8-də “qanunsuz mərc oyunlarına təhrik etmək” ittihamı ilə həbs edilib və həmin ilin fevral-ın 20-si azadlığa buraxılıb.
İstanbul 23-cü Cinayət Məhkəməsində keçirilən dinləmədə Durmazın vəkili müvəkkilinin cinayəti törətmədiyini iddia edərək onun bəraət almasını istəyib.
Məhkəmə qərarını elan edərək Kərimcan Durmazı “reklam və digər vasitələrlə şəxsləri sabit əmsallı və ya qarşılıqlı mərc oyunlarında və ya idman yarışlarına əsaslanan şans oyunlarında iştirak etməyə təhrik etmək”də günahlandıraraq 1 il 8 ay həbs cəzasına məhkum edib. Məhkəmə həmçinin Durmazın “səyahət qadağası” kimi məhkəmə nəzarət tədbirinin qüvvədə qalmasına qərar verib.
Tətbiqimizi yükləyə bilərsiniz