Güclü külək əsəcək – Xəbərdarlıq


Fevralın 3-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top