“Hazırlaş, Noa, səninlə bir az əylənəcəyəm!” – Tramp


ABŞ Prezidenti Donald Tramp Epşteynlə bağlı zarafat etdiyinə görə “Qremmi” mükafatlandırma mərasiminin aparıcısı Trevor Noaya qarşı məhkəmə iddiası qaldıracağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu “Truth Social” hesabında yazıb.
Tramp komediyaçını tənqid edərək, onu “acınacaqlı” və “istedadsız” adlandırıb. O həmçinin, Noadan faktları dəqiqləşdirməsini tələb edib:
“Görünür, vəkillərimi bu yazıq, acınacaqlı, istedadsız, axmaq aparıcını məhkəməyə verməyə və ondan çoxlu pul tələb etməyə məcbur etməli olacağam... Hazırlaş, Noa, səninlə bir az əylənəcəyəm!”
Müğənni Billi Aylişə mükafatı təqdim edən Noa zarafatla bildirib ki, “Qremmi” mükafatı hər bir sənətçinin istədiyi bir mükafatdır:
“Demək olar ki, Trampın Qrenlandiyanı istədiyi qədər. Çünki Epşteynin ölümündən sonra ABŞ Prezidentinin Bill Klintonla vaxt keçirmək üçün yeni bir adaya ehtiyacı var”.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top