Dünyada kərə yağı 44% ucuzlaşıb, Azərbaycanda isə 9% bahalaşıb – Qiymətlər


Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 132 milyon 311 min dollar dəyərində 18 min 288 ton kərə yağı idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 7,2 dollar (12,3 manat) olub.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində heç bir dəyişiklik müşahidə olunmayıb.
Məlumat üçün bildirək ki, son bir ildə ölkəyə idxal olunan kərə yağının qiymətində dəyişiklik olmasa da, dünya bazarlarında kərə yağının qiyməti ucuzlaşıb. Ötən ilin fevral ayının əvvəlində dünya bazarlarında 1 kiloqramı 7,2 dollar olan kərə yağı son bir ildə 44%-dən çox ucuzlaşıb və bu ilin fevral ayının ilk günlərində 4 dollara (6,8 manat) düşüb.
Lakin onu da qeyd edək ki, kərə yağının qiymətində qeydə alınan ucuzlaşma ölkə daxilindəki pərakəndə satış mağazalarında müşahidə edilməyib. Ötən ilin yanvar ayında supermarketlərdə orta satış qiyməti 22,6 manat olan kərə yağı son bir ildə 8,8% bahalanaraq dekabr ayında 24,6 manata yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top