İngiltərə Premyer Liqasının favoritləri açıqlandı


“Opta” superkompüteri İngiltərə Premyer Liqasının favoritlərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Arsenal” klubu 91,01 faiz qələbə şansı ilə əsas favoritdir.
Klub bu nəticə ilə ikinci yerdə qərarlaşan “Mançester Siti” klubunu ən azı 15 dəfə geridə qoyur. Son çempion “Liverpul”un qələbə şansı isə 0,11 faiz təşkil edir.
İlk beşliyi təqdim edirik:
1. “Arsenal” - 91.01 faiz
2. “Mançester Siti” - 5.49 faiz
3. “Aston Villa” - 3.25 faiz
4. “Liverpul” - 0.11 faiz
5. “Çelsi” - 0.11 faiz


Qeyd edək ki, İngiltərə Premyer Liqasında 24 turdan sonra “Arsenal” 53 xalla turnir cədvəlinə başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top