Messi “Qalatasaray”a keçə bilər – KİV


Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Türkiyənin “Qalatasaray” klubuna keçə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə futbol şərhçisi Levent Tüzemen “A Sport” telekanalının canlı yayımında bildirib.
Tüzemen klub daxilindən əldə etdiyi məlumatlar əsasında qeyd edib ki, Messi Dünya Kubokuna hazır olmaq üçün “Qalatasaray” seçiminə açıqdır. Tüzemen əlavə edib ki, argentinalı yalnız İstanbulda oynamaq şərti ilə "Qalatasaray"la 4 aylıq, 12 oyunluq xüsusi layihəyə yaşıl işıq yandırıb.
“Qalatasaray” rəhbərliyi də bunu təsdiq edir. Onlar ABŞ-dən Lionel Messini “Qalatasaray”a gətirmək istəyirlər. Messi deyir ki, Amerika Liqasında oyun tempi onun üçün çox ağırdır. “Əl Hilal”dan təklif gəlsə də, o, bunu qəbul etməyib”, - futbol şərhçisi qeyd edib.
Məlumata görə, bu plan dörd ayı əhatə edən xüsusi bir layihədir. “Qalatasaray”ın Türkiyə Kubokunun finalına çıxacağı təqdirdə, bu matçın Messi üçün planlaşdırılan 12 oyundan biri ola biləcəyi irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top