
Ötən il Azərbaycana gələn 1 milyon 804 min 754 nəfər əcnəbi turist burada 8 milyon 546 min 430 gecə keçirib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 33,6%-i və ya 2 milyon 870 min 790 gecəsi özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalan turistlərin payına düşüb.
Bundan başqa, əcnəbi turistlərin ümumi gecələmələrinin 18,7%-i və ya 1 milyon 598 min 96 gecəsi qohumların və ya dostların evində keçib.
Qeyd edək ki, rəsmi məlumatda adı çəkilən bütün ölkələrdən Azərbaycana gələn turistlərin burada özlərinə və ya ailə üzvlərinə məxsus evi olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz