ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirə bilər – Serbiya Prezidenti


Serbiya Prezidenti Aleksandr Vuçiç yaxın 48 saat ərzində ABŞ tərəfindən İrana hərbi zərbə endirilə biləcəyini ehtimal etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı bu fikirləri “Pink” televiziya kanalına müsahibəsində səsləndirib.
Vuçiç bildirib ki, qarşıdakı iki gün ərzində İrana zərbə ilə yanaşı, bir sıra mühüm hadisələrin də baş verəcəyi gözlənilir. Onun sözlərinə görə, mövcud vəziyyət kifayət qədər mürəkkəbdir və sülhün qorunması hazırkı mərhələdə əsas prioritet olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top