
İngiltərə Premyer Liqasının 24-cü turunda “Çelsi” London derbisində “Vest Hem”lə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, “Zadəganlar” doğma azarkeşləri önündə ilk hissədə iki top fərqi ilə geriyə düşsələr də, ikinci hissədə hesabı öz xeyirlərinə dəyişə biliblər.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qələbə qolunu əlavə olunmuş vaxtın 2-ci dəqiqəsində Enzo Fernandes vurub.
Qeyd edək ki, hazırda “Çelsi” 40 xalla turnir cədvəlinin dördüncü, “Vest Hem” isə 20 xalla 18-ci pilləsində qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz