Tramp Obamanın dərhal həbs olunmasını tələb edir


ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın dərhal həbs olunmasına çağırıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.
Paylaşımda bildirilir ki, ABŞ-nin milli kəşfiyyat direktoru Talsi Qabbard 2016-cı il prezident seçkilərinə Rusiyanın guya müdaxiləsi ilə bağlı olan və “Russia gate” kimi tanınan iş üzrə yüzlərlə sənəd dərc edib.
Məlumata görə, açıqlanan sənədlərə əsasən, Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarına Donald Trampın guya “aktiv şəkildə düşmənlə əməkdaşlıq etdiyinə” dair “saxta kəşfiyyat məlumatları hazırlamaq” göstərişi verib. Məqsəd isə “amerikalıların demokratiyaya və prezident Trampın 2016-cı ildəki möhtəşəm qələbəsinə olan inamını sarsıtmaq və məhv etmək” olub.
Paylaşımda vurğulanır ki, bu addımlarla Obama faktiki olaraq “dövlət çevrilişinə cəhd edib”.

DİGƏR XƏBƏRLƏR

Top