
Şakira rəsmi olaraq “Ginnesin Rekordlar Kitabına” düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Billboard” məlumat yayıb.
Kolumbiyalı superulduz bütün zamanların ən çox gəlir gətirən Latın Amerikası sənətçisi kimi rekord qırıb. Onun “Las mujeres ya no lloran” (“Qadınlar artıq ağlamır”) adlı dünya turnesi 2025-ci ilin fevral ayında başlayıb və 2026-cı ilə qədər davam edir.
Bu müddət ərzində Şakira 3,3 milyon bilet satıb, 86 konsert verib və 421,6 milyon dollar qazanıb.
Bu, əvvəlki rekordçunu, 2,9 milyon bilet sataraq 409,5 milyon dollar qazanan Luis Migelin rekordunu üstələyir. Bundan əvvəl “Bad Bunny” bu rekordu “World's Hottest Tour” (1,9 milyon biletdən 314,1 milyon dollar) ilə əldə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz