“Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil” − Zelenski


“Ukrayna hökuməti müharibəyə son qoymaq üçün danışıqlar prosesinin bir hissəsi olaraq Rusiya və ABŞ nümayəndələri ilə istənilən formatda görüşməyə açıqdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz Rusiya və ABŞ ilə istənilən formatda görüşə açığıq. Biz həmçinin Avropanın da iştirak etməsini istərdik. Çünki təhlükəsizlik zəmanətlərimizin bir hissəsi Avropa İttifaqına üzvlük, eləcə də “Könüllülər koalisiyası”dır”, - dövlət başçısı bildirib.
Ölkə başçısı qeyd edib ki, Avropa İttifaqının nümayəndələri bu danışıqların müəyyən mərhələsində qoşula bilərlər, lakin əvvəlcə sözügedən üç ölkənin nümayəndələri görüşməlidir:
“Rusiya və bilavasitə Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan komandalarımız üçüncü dərəcəli məsələlər üzrə razılığa gələ bilməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top