“Rəfah” keçidi nə vaxt tam açılacaq?


Misir və Qəzza zolağı arasındakı sərhəddəki “Rəfah” keçid məntəqəsi bazar ertəsi, fevralın 2-sı hər iki istiqamətdə fəaliyyətini bərpa edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin Qəzza İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat məlumat yayıb. 
Bildirilib ki, keçid məntəqəsinin ilkin açılışı 1 fevral Bazar günü baş tutacaq.
Qeyd edək ki, “Rəfah” keçid məntəqəsinin hər iki istiqamətdə açılması Qəzzada atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi üçün məcburi şərtdir. Keçid məntəqəsi təxminən bir ildir bağlıdır və Misirdən anklav sakinləri üçün nəzərdə tutulan bütün humanitar yardımlar İsrail ilə sərhəddəki keçid məntəqəsinə yönləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top