
İranın Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, partlayış səkkizmərtəbəli binada baş verib.
Hadisə nəticəsində iki mərtəbə, nəqliyyat vasitələri və mağazalar dağılıb.
Partlayış zamanı 1 nəfərin həlak olduğu, azı 14 nəfərin xəsarətlər aldığı iddia edilir. Bəzi KİV iddia edib ki, hücum zamanı ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri dünyasını dəyişib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr ofisi bu barədə yayılan məlumatları təkzib edib. Bildirilib ki, partlayış nəticəsində Əlirza Təngsirinin öldüyünə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.
Tətbiqimizi yükləyə bilərsiniz