Ukraynanın enerji sistemində problem − Evlərdə işıq və su yoxdur


Yanvarın 31-də Ukraynada demək olar ki, bütün ölkəni əhatə edən elektrik problemi baş verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin baş nazirin birinci müavini və energetika naziri Denis Şmıxal sosial şəbəkə hesabında yazıb.
“Bu gün saat 10:42-də texnoloji nasazlıq baş verdi və eyni zamanda Rumıniya və Moldova enerji sistemləri arasındakı 400 kV-luq xətt və qərbi ilə mərkəzi Ukrayna arasındakı 750 kV-luq xətt bağlandı. Bu, Ukraynanın elektrik şəbəkəsində kaskadlı kəsintiyə və yarımstansiyalarda avtomatik mühafizə sistemlərinin işə düşməsinə səbəb oldu”, - Şmıxal yazıb.
O əlavə edib ki, yaxın bir neçə saat ərzində elektrik enerjisinin bərpa olunması gözlənilir.
Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, Kiyev, Jitomir və Xarkov vilayətlərində elektrik kəsilib. Kiyev və Xarkovda metro və ictimai nəqliyyat xidmətləri dayandırılıb.
Qeyd edilib ki, nasazlıq səbəbindən Kiyevdəki nasos stansiyaları işləmir və bütün şəhər susuz qalıb. Sakinlər həmçinin mənzillərində istilik sisteminin olmadığını bildirirlər.
Ukraynada baş verən böyük elektrik kəsintisi Moldovaya da təsir edib. Kişinyovun əhəmiyyətli bir hissəsi elektriksiz qalıb. Mer İon Çebanın sözlərinə görə, bir çox küçələrdə işıqforlar sönüb və trolleybusların hərəkəti dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top