
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin hər hansı yeni hücuma qətiyyətlə cavab verəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazir “CNN Türk”ə verdiyi müsahibədə bildirib.
“Keçən ilin iyun ayında baş verən hücumlar İranda güclü bir qeyri-müəyyənlik hissi yaratdı. ABŞ həqiqətən diplomatiya istəyirsə, buna cavab verməlidir. Hər hansı potensial hücuma güclü və qətiyyətli cavab veriləcək. Hücum baş verərsə, biz şok edici, sərt və çox güclü şəkildə cavab verəcəyik”, - Əraqçi deyib.
Nazir həmçinin vurğulayıb ki, mövcud vəziyyətə baxmayaraq, diplomatiya İranın prioriteti olaraq qalır.
Regiondakı təhlükəsizlik vəziyyətindən danışan Əraqçi İranın özünü müdafiə etmək üçün bütün imkanlara malik olduğunu vurğulayıb:
“Biz özümüzü müdafiə edə bilirik; bunu etmək üçün başqasına ehtiyacımız yoxdur. Müdafiə sistemlərimiz gücləndiriləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz