Kevinin anası ölümündən əvvəl kömək üçün 911-ə zəng edibmiş...


Amerikalı aktrisa Ketrin O'Hara ölümündən əvvəl 911-ə zəng  edərək kömək istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “E! News” nəşri məlumat yayıb.  
Los-Anceles Yanğından Mühafizə İdarəsinin mətbuat katibi aktrisanın ölümünün səhəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.
O, qeyd edib ki, yerli vaxtla 30 yanvar saat 4:48-də təcili yardım xidmətlərinə Los-Ancelesdəki O'Haranın evində yaşayan, təxminən 70 yaşında adı açıqlanmayan bir qadından zəng gəlib.
Hadisə yerinə çatdıqdan sonra o, xəstəxanaya aparılıb, lakin aktrisanın həyatını xilas etmək mümkün olmayıb.
“Creative Artists” agentliyi sənətçinin ölümündən əvvəl qısamüddətli bir xəstəlik keçirdiyini bildirib.
Qeyd edək ki, O'Hara insanın ürəyinin və digər daxili orqanlarının bədənin əks tərəfində yerləşməsinə səbəb olan “situs inversus” adlı nadir anadangəlmə bir xəstəliklə yaşayırdı.
Xatırladaq ki, Ketrin O'Haranın həyat yoldaşı Bo Uelçlə nikahından Metyu Uelç (32 yaş) və Lyuk Uelç (28 yaş) adlı iki oğlu var.

DİGƏR XƏBƏRLƏR

Top