Pakistanda ölənlərin sayı artdı – Yenilənib


Pakistanın qərbindəki Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu” (BAO) separatçı qrupunun yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” bu barədə Pakistan təhlükəsizlik rəsmilərinə istinadən məlumat verib.
Terror aktları nəticəsində 67 yaraqlı, 10 hüquq-mühafizə orqanı əməkdaşı və 11 mülki şəxs də daxil olmaqla 80-dən çox insan həlak olub.
Agentliyin mənbələrinə görə, 24 polis əməkdaşı yaralanıb. Hücumlar əyalətin paytaxtı Kvetta və liman şəhəri Qvadarda baş verib. Bəzi ərazilərdəki xəstəxanalar təcili vəziyyətə gətirilib. BAO hücumların məsuliyyətini öz üzərinə götürərək, hücumların əyalət boyunca eyni vaxtda həyata keçirildiyini bildirib. Qruplaşma iddia edir ki, 84 Pakistan təhlükəsizlik işçisi öldürülüb.
Yanvarın 30-u Pakistan hakimiyyəti Bəlucistanda keçirilən reydlər zamanı 41 yaraqlının öldürüldüyünü açıqlayıb. Pakistan hakimiyyəti yaraqlıların Hindistan tərəfindən dəstəkləndiyini iddia edir. 

***15:13
Pakistanın Bəlucistan vilayətində separatçı qruplaçmanın hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.
Yeniavaz.com
“Times of İndia” qəzetinə istinadla xəbər verir ki, cavab tədbirləsi nəticəsində, 37 separatçı zərərsizləşdirilib.
Hücumlar silahlı şəxslər və kamikadzelər tərəfindən həyata keçirilib. Təkcə vilayətin paytaxtı Kvettada ən azı dörd polis öldürülüb. Rəsmilər ən azı bir polis əməkdaşının da yaralandığını bildirirlər.
AFP xəbər agentliyi yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadla bildirib ki, terrorçular 12-dən çox yerdə koordinasiyalı hücumlar həyata keçiriblər. Hücumlar əsasən Kvetta, Pasni, Mastunq, Nuşki və Qvadar rayonlarında qeydə alınıb.
Pakistanın təhlükəsizlik qüvvələri terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı tədbirləri davam etdirirlər.
AFP xəbər agentliyinin məlumatına görə, hücumlara görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” öz üzərinə götürüb.
Qeyd edək ki, “Bəlucistan Azadlıq Ordusu” adlı separatçı qruplaşma sözügedən vilayətdə mütəmadi olaraq terror hücumları həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top